Gənc Mühasiblər İctima Birliyi “Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına davam edir

OXUNUB: 397 Özəl QHT SOSİAL
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin məqsədi ölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də gənc qızların maliyyə savadlılığının artırılmasına dəstək göstərməkdir. Bu məqsədlə Lənkəran, Masallı və Biləsuvar rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur. 
Belə ki, ilk təlim 12 oktyabr 2022-ci il tarixində Masallı rayonunda Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbir GMİB-in sədri Solmaz Əliyevanın və Gənclərin Karyera və İnkişaf Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyevanın çıxışı ilə açıq elan edilmişdir. Təlimçilər qismində Rəvan Cəfərli və Selcan Əlibəyova, ekspert qismində Qərənfil Rəhmanova iştikrak etmişdir. Təlimdə Masallı rayonundan sahibkarlığa başlamaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar, xüsusilə də gənclər olmaqla15 nəfər iştirak etmişdir. Təlim müddətində təlimçilər tərəfindən Ağıllı büdcə, Ailə büdcəsinin idarə olunması,  Gəlir və xərclərin planlaşdırılması, idarə olunması, Maliyyə məqsədlərinin formalaşdırılması, 
Yığımlar, qənaət yolları və gözlənilməz hallar üçün fövqəladə fondun yaradılması,
Borc alma və investisiya kimi təməl maliyyə anlayışlar, Qadınların biznesdə rolu və Maliyyə resurslarına çıxış mövzusunda geniş məlumatlandırıldılar. Çay fasiləsindən sonra ikinci sessiyada nəzəri keçirilən təlimin praktiki hissəsi təşkil edilmiş, iştirakçılarla interaktiv oyunlar təşkil edilmiş, qaliblər kitabla mükafatlandırmışlar.
Sonda hər  bir iştirakçıya sertifikat təqdim olunmuşdur.
Layihə1 sentyabr 2022-ci il tarixindən 1 noyabr 2022-ci il tarixinə qədər müddəti əhatə edir.

RƏYLƏR