Gənc təlimçilərin bacarıqlarının artırılmasına yönəlmiş layihənin Mingəçevir fazası yekunlaşıb

OXUNUB: 510 Özəl QHT SOSİAL


Avropa Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə təşkil həyata keçirilən "Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması” layihəsinin Mingəçevir mərhələsi artıq çatıb.

Ümumilikdə 10 müxtəlif regiondan 20 gənc təlimçinin iştirak etdiyi layihənin əsas məqsədi gənc təlimçilərin bacarıqlarını inkişaf etdirmək və onların icmalarında qeyri-formal təhsil fəaliyyətlərini dəstəkləməklə Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini, keyfiyyətini artırmaqdan ibarət olub.

5 günlük təlim kursu ərzində iştirakçılar arasında şəbəkələşmə yaratmaq məqsədi ilə komanda quruculuğu oyunları keçirilib, bundan əlavə, qeyri-formal təhsil nədir və üstünlükləri, təcrübə əsaslı öyrənmə, həssas qrupdan olan gənclərlə iş kimi mövzuları əhatə edən seminarlar və məlumatlandırıcı sessiyalar keçirilmişdir.

Layihə başa çatdıqdan sonra davamlılıq (follow-up) layihələrin proqramları hazırlanıb və təlimlərin mövzuları seçilib.

Qeyd edək ki, layihənin ikinci mərhələsinin Lənkəranda keçirilməsi planlaşdırılır. Lənkəran və ətraf rayonlardan olan gənc təlimçilər təlim kursunda iştirak edə bilərlər.

 
 




RƏYLƏR