Gəncədə 74 yaşlı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

OXUNUB: 487 HADİSƏ

Gəncə şəhərində piyadanı avtomobillə vurub öldürən sürücü saxlanılıb.

1994-cu il təvəllüdlü Gəncə sakini, Əsədov Kamran Şakir oğlu idarə etdiyi "Mercedes C200" markalı avtomobillə yolu keçən piyada, 1944-cü il təvəllüdlü Vidadi Quliyevi vurub. 

Nəticədə V. Quliyev aldığı xəsarətdən ölüb. Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR