Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO

OXUNUB: 513 HADİSƏ

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq, barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Araşdırmalarla Gəncə şəhər sakini  31 yaşlı Elşən Əsgərovun  müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etdiyi məlum olub.

"VAZ 21705” markalı avtomobili idarə edərək, yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Əsgərov 15 gün müddətə inzibati qaydada həbs edilib.

 

 

7News.Az

RƏYLƏR