Gəncədə DƏHŞƏTLİ CİNAYƏT: Dayı 17 yaşlı bacısı oğlunu qanına qəltan etdi

OXUNUB: 855 HADİSƏ

Gəncə şəhərində qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.

2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu dayısı tərəfindən bıçaqlanıb.

Yaralı əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Eyni zamanda hadisə zamanı daha bir nəfər - 1989-cu il təvəllüdlü İsmayılov Elnur Arzu oğlu da bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /report

İcmal.Az

RƏYLƏR