Gəncədə ər-arvad faciəvi şəkildə ölüb

OXUNUB: 636 HADİSƏ

Gəncədə kişi və onun həyat yoldaşı dəm qazından boğularaq ölüb.

İcmal.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər.

Onların meyiti səhər saatlarında aşkar edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR