Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanıldı

OXUNUB: 615 HADİSƏ

Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

Araşdırma zamanı onun xristian yönümlü "Şərqdə ulduz" təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

 

Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, "Şərqdə ulduz" xristian yönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir./report

İcmal.Az

RƏYLƏR