Gəncədə piyadanı vuraraq ağır yaralayan sürücü saxlanılıb

OXUNUB: 504 HADİSƏ

Gəncə şəhərində piyadanı avtomobillə vuran sürücü saxlanılıb.

Nizami prospektində yerləşən Şəmkir Avtovağzalının qarşısında yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Rzayev Həsən Əli oğlu "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Yaralı ağır halda xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü, 1985-ci il təvəllüdlü Abdullayev Abil İbayə oğlu isə saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR