Gəncədə yaşlı qadın evdə yanaraq ölüb

OXUNUB: 679 HADİSƏ

 Gəncə şəhərinin Nizami rayonunda faciə ilə nəticələnən yanğın hadisəsi baş verib.

İcmal.Az FHN-ə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzildə qeydə alınıb.

Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə edilib. Yanğın söndürülüb.

 

İcmal.Az

RƏYLƏR