Gənclər təşkilatlarının pr menecerləri üçün növbəti təlim keçirilib

OXUNUB: 287 GÜNDƏM Özəl SOSİAL
Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində gənclər təşkilatları üçün ikinci təlim baş tutub.

Rəqəmsal Marketinq eksperti Samir Mehdiyevin iştirakı ilə keçirilən təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə "Sosial media bizə nə verir?”, "Sosial medianın ənənəvi mediadan üstünlükləri”, "Sosial media hesablarında düzgün reklamı necə verək”, "Targetinq nədir?” kimi suallara cavab tapılıb, maraqlı məqamlar ətrafında geniş müzakirələr aparılıb.
 

RƏYLƏR