Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "SAF Həyat Naminə” Gənclər İctimai Birliyi tərəfindən "Gənclər üçün media akademiyası” adlı layihə başa çatdı.
Layihənin əsas məqsədi – ölkəmizin efir məkanları üçün müasir dövrün ehtiyaclarına və tələblərinə uyğun çevik, peşəkar və analitik təhlil qabiliyyəti olan yeni nəsil gəncmedia ekspertlərinin hazırlanması bu layihənin əsas məqsədidir.
Layihə çərçivəsində ilkin olaraq media sahəyə marağı olan gənclər arasında sorğular keçirildi. Sorğu nəticəsində iştirakçılar müəyyən edildi. Cari ilin 18-22 noyabr tarixlərində Xəzər Media Mərkəzində seçilmiş gənclərə Xəzər Media Mərkəzinin peşəkar aparıcı – jurnalist tərəfindən təlimlər keçirildi. Təlim iştirakçılara ümumi reportajların və verlişlərin hazırlanması, məqsədi və nəticəsi haqda məlumat verilmişdir. Nəzəri biliklərlə yanaşı gənclərə praktik vərdişlərin formalaşması üçün imkanlar yaranmışdır (müsahibə və reportaj səhnələri qurmuşdular). Beləliklə gənclər Xəzər Media Mərkəzinin nəznində fəaliyyət göstərən Araz FM və Xəzər FM radio ilə, verlişlər çəkilən studiyalarla tanış oldular. Təlimin son günündə iştirakçılara "SAF Həyat Naminə” Gənclər İctimai birliyi tərəfindən hədiyyələr və sertifikatlar təqdim edilmişdir.
![](https://www.7news.az/file/pic/xeber/2024-12/1733226356_y.jpg)
![](https://www.7news.az/file/pic/xeber/2024-12/1733226378_ygy.jpg)