General Xaqani Cəbrayılovun restoranları, torpaq sahələri, heyvandarlıq fermaları - Şəhrizad xanım kimdir?

OXUNUB: 627 Özəl GÜNDƏM
Azərbaycan cəmiyyəti general Xaqani Cəbrayılovu  bir müddət əvvəl  Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bir qrup yüksək çinli hərbçiləri, generalları qəbul edərkən yaxından tanıdı.
Həmin görüşdə hərbçilər növbə ilə ad və soyadlarını deyərək cənab Ali Baş Komandanı salamlayır  və keçirdilər. 
Növbə general-mayor  Xəqani Cəbrayılova çatanda... Bəli, general  nazik-cır  səslə  salam verdi  və ən dəhşətlisi odur ki, adını və soyadını səhv salaraq Xəqaniyev Cəbrayil... Cəbrayıl Xəqaniyev deyərək aləmi  qarışdırdı. 




Sözün düzü,  generalın bu salamı, duruşu, cır  səsi hamını məyus eləmişdi. Rəsmi tədbirdə özünü itirən, çaş-baş qalan, ad ilə soyadını qarışdıran ( yaxşı ki atasının adını demədi ) generalın əsl hərbçi  olmadığı bəlli oldu. 
Görəsən, general Cəbrayılov niyə bu qədər təlaş keçirdi, niyə bu qədər həyacanlı, bir az da qorxacaq idi. 
Görünür, generalın əməlləri onu bu duruma salmışdı. 
Yayılan məlumatlardan anlamaq olmur ki, Xaqani Cəbrayılov generaldır, yoxsa biznesmen. Axı, hərbçi  dəyəri milyonlar olan bu boyda  sərvəti necə əldə edə bilər ? 
Sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir:
- Sumqayıt şəhərində restoran, kafe və marketləri;
- Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoranı;
-Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;
- Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;
- Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.

Və  ölkə xaricində də biznesi  olduğu haqda məlumatlar var.
İndi bildinizmi, cənab general  niyə  1-ci sinif şagirdi kimi özünü itirmişdi ? 
Bu boyda sərvətin sahibindən  bir gün soruşacaqlar ki, bunları necə, hansı yolla əldə etmisən ? 
Yaxud Şəhrizad xanımın MAXE düzəltdiyi  şəxslərdən aldığınız pulları necə bölmüsünüz ? 
Hərbi xidmətə uyğun gəlməyənləri  necə " uyğun” edirdiniz ? 
Suallar çoxdur, bir deyil, iki deyil. 
Yəqin ki, yaxın zamanlarda  bu suallar cənab generala veriləcək. 
Bizi izləyin./gundelik-baku

RƏYLƏR