Gömrük Komitəsi it yeminə 83 min manat xərcləyəcək

OXUNUB: 115 Özəl GÜNDƏM İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Gömrük Komitəsinin "Xidməti axtarış itlərinə sərf olunacaq quru it yemlərinin satınalınması” məqsədilə keçirdiyi tenderin qalibi "Univesal-RA” MMC olub.

Komitə 16 min 653 kiloqram it yemi almaq üçün 82 min 532 manat 27 qəpik pul xərcləyəcək. Rəqəmlərdən də göründüyü kimi quru it yeminin 1 kiloqramının qiyməti 4 manat 95 qəpik təşkil edir.

Məlumat üçün bildirək ki, Gömrük Komitəsinə 82 min 532 manat dəyərində it yemi satacaq "Univesal-RA” MMC 24.12.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğlu olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 6, m 174-də yerləşir.

Onu da bildirək ki, Gömrük Komitəsinin ötən il keçirdiyi analoji tenderin qalibi də "Univesal-RA” MMC olub. Bir il əvvəl Komitə it yemi almaq məqsədilə bu şirkətə 84 min 190 manat ayırıb. //Yeniavaz

RƏYLƏR