Gömrükdə ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb (FOTO)

OXUNUB: 499 HADİSƏ

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən İcmal.Az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan "Land Rover Range Rover" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

 

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR