Gömrükdəki yoxlamalarla bağlı VACİB DƏYİŞİKLİK

OXUNUB: 629 SİYASƏT

Milli Məclisin plenar iclasında Gömrük Məcəlləsinə bir sıra dəyişikliklər edilib.

İcmal.Az  bildirir ki, qanun layihəsi barədə millət vəkili Ziyad Səmədzadə məlumat verib.

Millət vəkili deyib ki, məcəllənin 64.2-ci maddəsində edilən dəyişikliyə görə, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılmalıdır.

"Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı iki hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir.

Məcəllənin 99.4-cü maddədəsində redaktə xarakterli dəyişiklik edilib. 2.2.1. birinci cümləsinə "Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir” düzəlişi edilib”.

Millət vəkilinin sözlərinə görə, bundan sonra şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilməyəcək:

"Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə mümkün olacaq”.

Bundan başqa Məcəllənin 131.1-ci maddədə "edə bilər” sözləri "etməlidir” sözü ilə, 202.5-ci maddədə "təmir” sözü "təqdim” sözü ilə, 99.2.5-ci və 99.2.6-cı maddələrə, 99.6-cı və 99.7-ci maddələrin birinci cümlələrinə ismin müvafiq hallarında "hal şahidləri” sözlərindən sonra "(yalnız hal şahidlərinin iştirak etdiyi halda)” sözləri əlavə edilib.

İcmal.Az

RƏYLƏR