Goranboyda avtoxuliqanlıq edən şəxs saxlanılıb - VİDEO

OXUNUB: 357 GÜNDƏM HADİSƏ

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakini Ümid Məmmədovun VAZ-2106 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. 

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə Ü.Məmmədov sürücülük hüququndan bir illik məhrum edilməklə 25 sutka inzibati qaydada həbs edilib. 


RƏYLƏR