Guardian: “İngiltərə kralı III Çarlzın şəxsi sərvəti 1,8 milyard funt sterlinqdir”

OXUNUB: 145 Özəl DÜNYA
İngiltərənin "The Guardian” qəzeti Kral III Çarlzın şəxsi sərvətinin 1,815 milyard funt sterlinq olaraq qiymətləndirildiyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Kralın var-dövlətləri ilə bağlı xüsusi araşdırma və qiymətləndirmə araşdırması apardığını bildirən qəzet, sərvətdə malikanələrdən tutmuş almazla bəzədilmiş zinət əşyalarına, "Monet” və "Dalin”in rəsmləri, "Rolls-Royces”, yarış atları və nadir markalara qədər bir çox qiymətli varlıqların olduğunu qeyd edib. 

Kral sərvətlərinin böyük ölçüdə ictimai nəzarətdən gizlədildiyi üçün dəqiq dəyərin bilinə bilməyəcəyini bildirən qəzet, kralın miras vergisindən də azad olduğunu vurğulayır. 

Britaniyanın "The Times” qəzeti bir neçə gün əvvəl kralın şəxsi sərvətinin təxminən 600 milyard funt sterlinq olduğunu yazmışdı. Bu rəqəmin üç qatından çox sərvət hesab edən "The Guardian” iddia edir ki, "The Times” kralın ən qiymətli varlıqlarını kənarda qoyub. 

7NEWS.az

RƏYLƏR