"Gültəkin sata-sata gəlib, bata-bata gedənlərdəndir" - DEPUTATDAN REAKSİYA

OXUNUB: 501 SİYASƏT
"Gültəkin Hacıbəyli yenə öz ampluasındadır. Adam dəyişmir, durmadan şığıyır, hikkəsinin, xislətin girdabında boğulur, xəstə təfəkküründən doğan emosiyalarını bütün çılpaqlığı ilə nümayiş etdirir, fikirlərini ən kəskin, ən yaramaz, ən təhqiramiz formada bildirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
Deputat sözlərinə belə davam edib: "Gültəkinin ədalətdən, əxlaqdan, haqdan, insanlıqdan danışdığı məqamda göydən yerə daş ələnməlidir, vallah. Çünki bu qədər nanəciblik, qeyri-səmimilik olmaz. Çünki bu riyakarın bütün həyatı şərəfsizlik üzərində qurulub. Çünki Gültəkinin insanlara, hətta öz ailə üzvlərinə, keçmiş həyat yoldaşına elədikləri pisliklər bu günə qədər şeytanın belə ağlına gəlməyib.

And olsun bütün inandıqlarıma ki, onun haqda bildiklərimin hamısını deməmək, hansı mənəviyyatsızlıqlara imza atdığını danışmamaq üçün bəzən özümü güclə saxlayıram. Hakimiyyət Gültəkinə üz çevirəndən sonra o diz çöküb, yalvarıb, bağışlanmasını istəyib. Və görəndə ki, səsinə hay verən yoxdur, anındaca xəyanət edib! Bax bu qədər simasızdır, Gültəkin! Gültəkinə üz verən olsa bu gün də qaça-qaça geri gələr. Çünki sifəti "podoşva”dır!

Gültəkin qədir və dəyər bilməyən, hər şeydə ancaq özünü düşünən, ambisiyalarının qurbanı olan, lazım olan anda plastlin kimi hər yerə əyilməyi (və demirəm daha nələri) bacaran məxluqdur. Hətta, məxluq da yox, əşya!

Gültəkin sata-sata gəlib, bata-bata gedənlərdəndir. Ona görə də heç zaman özünü tapa bilməyəcək, daim çabalayacaq, göynəyəcək, yanıb-töküləcək, keçmişi ilə bu günü arasında çırpınacaq, var-gəl edəcək. Eyni zamanda "satılıq”, "satqın” damğasını əsla və əsla üzərindən götürə, üzündən silib ata bilməyəcək!".

RƏYLƏR