Gürcüstanda azərbaycanlı həmvətənini güllələdi

OXUNUB: 603 HADİSƏ

Gürcüstanın Qurcaani rayonunda azərbaycanlı güllələnib. Cinayət  bazar günü fevralın 18-də törədilib. Cinayət qurbanı Qaraçöp inzibati-ərazi vahidinin Qazlar kənd sakini, fermer Əllədin İsmayılovdur.

Bu barədə İcmal.Az-a Azərbaycanın Qaraçöp diasporu nümayəndələri məlumat verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs də azərbaycanlıdır. Onun İsmayılovun qohumu olduğu bildirilir.

Cinayət əməlini törətdikdən sonra şübhəli şəxs sayılan Xoca Əliyev hadisə yerindən qaçıb.

Hazırda polis onun axtarışı ilə məşğuldur.

İlkin məlumatlara görə, qətl münaqişə zəminində törədilib.

İcmal.Az

RƏYLƏR