Gürcüstanda azərbaycanlılar təhqir olundu - ŞOK FOTO

OXUNUB: 556 SOSİAL

Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunub.

Bu barədə tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat yayıb.

"Gürcüstanda satılan bu fincanın üzərində Gürcüstan xəritəsi çəkilib. Diqqət yetirsək, görərik ki, hər yerdə insan şəkilləri qoyulub, həmyerlərimizin yaşadığı tarixi yurdumuzun yerləşdiyi ərazidə isə eşşək şəkili çəkilib: başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə başını aşağı salıb", - deyə o, qeyd edib.

Fincanın istehsal tarixi və firması barədə məlumat verilməyib./Kult.az

 

İcmal.Az

RƏYLƏR