Gürcüstanda etiraz aksiyalarında saxlanılanların sayı artıb

OXUNUB: 128 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı nümayişlər ikinci gün də davam edib. Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısına toplaşan nümayişçilər binanı yandırmağa cəhd edib, şüşələri sındırıb və baryerləri zədələyiblər. Yüzlərlə nümayişçi "ruslar” və "qullar” şüarları səsləndirərkən, polis nümayişçilərə təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edib. Daxili İşlər Nazirliyinin müvafiq idarəsinin əməkdaşları ictimai asayişin qorunması və dinc aksiyanın keçirilməsini təmin etmək məqsədilə martın 8-də Tbilisinin qanunverici orqanının yanında və Rustaveli küçəsində səfərbər olublar. Etirazçılar aqressiv davranış nümayiş etdirərək parlament binasına ziyan vurmağa cəhd ediblər. Polis asayişi bərpa etmək üçün güc tətbiq etməli olub. Martın 7-8-də Milli Məclis ətrafında keçirilən etiraz aksiyası zamanı ümumilikdə 133 nəfər saxlanılıb.

7NEWS.az

RƏYLƏR