Gürcüstanda mübahisəli qanun layihəsi geri götürülüb

OXUNUB: 119 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Partiyadan verilən açıqlamada cəmiyyətdəki qütbləşməni azaltmaq üçün qanun layihəsinin qeyd-şərtsiz geri götürüldüyü bildirilib. Bəyanatda müxalifət partiyaları da qanun layihəsi ilə bağlı yalan danışaraq kütlələri təhrik etdikləri üçün tənqid olunub. Saxlanılan etirazçıların sərbəst buraxıldığı da açıqlanıb. Lakin müxalifət cəbhəsi qanun layihəsinin geri götürülməsi qərarını yetərli saymayıb və hökumətdən qanun layihəsini pisləməyi tələb edib. Qanun layihəsində nəzərdə tutulurdu ki, vəsaitinin 20 faizindən çoxunu xaricdən alan hər hansı qeyri-hökumət təşkilatı və ya media qurumu "Xarici agent” hesab edilsin. Hökumətin addımlarına baxmayaraq, dünən minlərlə insan paytaxt Tbilisinin küçələrində etiraz aksiyası keçirib.

7NEWS.az

RƏYLƏR