Gürcüstanda qalmaqallı qanun layihəsi parlamentdə səsə qoyulub

OXUNUB: 160 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Gürcüstan parlamentində martın 7-də birinci oxunuşda qəbul edilən və xalqı küçələrə çıxaran "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri götürülməsi üçün səsvermə keçirilib. Parlamentdə keçirilən iclasda sözügedən qanun layihəsi 1 əleyhinə 35 səslə geri götürülüb. Gürcüstanda Xalq Gücü Partiyasının parlamentə təqdim etdiyi "Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən, illik maliyyəsinin 20 faizindən çoxunu xaricdən alan QHT və media qurumları özlərini "xarici agent” kimi qeydiyyatdan keçirməli olacaqlar. 

7NEWS.az

RƏYLƏR