Göygöl Dövlət Qoruğu,Yoxsa Donuz Ferması?-VİDEO+FOTO

OXUNUB: 793 Özəl HADİSƏ
Göygöl Meşə Mühafizəsi və Bərpası İdarəsi meşələrin məhv edilməsinə niyə göz yumur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( ETSN) Meşələrin bərpası üçün yeni əkinçilik sisteminin tələblərinə cavab verən tez böyüyən meşə zolaqlarının layihələndirilməsi və salınmasını meşəçilk üçün əsas prioritetlərdən bir kimi qəbul edib.Göygöl Meşə Mühafizəsi və Bərpası İdarəsinin  tabeçiliyində olan meşələr isə bəzi işbazlar tərəfindən dağıdılır. Belə meşələrdən biri də Göygöl rayonun Çaykənd kəndinin və Göygöl dövlət təbiət qoruğunun ərazisində yerləşən meşə zolaqlarıdır.Həmin ərazilərdə meşə gözətçisi işləyən Səməndər adlı şəxs iş adamı Zamanla əlbir olaraq böyük donuzçuluq təsərrüfatı yaradıb.

https://kanal32.az/wp-content/uploads/2020/09/119486537_984764412029708_269299017525165185_n-300x169.jpg 300w, https://kanal32.az/wp-content/uploads/2020/09/119486537_984764412029708_269299017525165185_n-768x433.jpg 768w" sizes="(max-width: 831px) 100vw, 831px" src="https://kanal32.az/wp-content/uploads/2020/09/119486537_984764412029708_269299017525165185_n.jpg" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; clear: both; max-width: 100%; height: auto; display: block; margin: 15px auto 25px;" />Vəzifəsindən sui-istifadə edən meşəbəyinin təbiətə qarşı bu cür vandal hərəkəti haqqında Göygöl rayon Çaykənd kəndinin bir qrup sakini Dünyanınsəsi.Az saytın elektron poçtuna müraciət edib.Redaksiya olaraq apardığımız araşdırma nəticəsində məlum oldu ki, adıçəkilən işbazlar meşə zolağının dərniliyinə baş vuraraq 10 hektarlarla ərazini daxildən kol-kosla çəpərləyiblər.Amma, qorumaq məqsədi ilə yox.Belə ki,onlar  sözügedən ərazidə 500-dən çox donuz saxlayırlar.Hətta həmin ərazinin giriş və çıxışında dəmirdən hazırlanmış qapılarla da rast gəldik.Hələ bu azmış kimi "donuz biznesmenləri” ərazinin mühafizəsinə təlim görmüş çoxlu sayda itlər də cəlb ediblər. "İş adamları” bu itlərin sayəsində əvvəlcədən gələn yad adamları və təhlükəni asanlıqla müyyən edə bilirlər.

https://kanal32.az/wp-content/uploads/2020/09/119183542_317840986170462_3586592786397405445_n-300x181.jpg 300w, https://kanal32.az/wp-content/uploads/2020/09/119183542_317840986170462_3586592786397405445_n-768x464.jpg 768w" sizes="(max-width: 777px) 100vw, 777px" src="https://kanal32.az/wp-content/uploads/2020/09/119183542_317840986170462_3586592786397405445_n.jpg" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; clear: both; max-width: 100%; height: auto; display: block; margin: 15px auto 25px;" />

Göygöldə meşələrimizin belə "unikal ” üsullarla mühafizə edilməsi məsul şəxslərin onların üzərində nəzarətsizliyindən xəbər verir. Mal-qoyun sürüləri ilə yanaşı donuzçuluq fermasının olması bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər texniki bitkilər) səmərəli istifadəni tamamilə məhv edir desək,yəqin yanılmarıq. Bir sözlə,görünüən dağa bələdçi lazım deyil. Görünür,ETSN-nin rəhbərliyi unudub ki, onların meşəçiliklə bağlı qəbul etdikləri fəaliyyət istiqamətlərindən biri də meşələrin müasir vəziyyətinin öyrənilməsi, inventarizasiya olunması və yeni meşə quruluşu layihələrinin hazırlanmasıdır.

Hər il meşələrin inkişafına və mühafizəsinə dövlət büdcəsindən milyonlarla vəsait xərclənir. Bəs görəsən, nəyə görə şəffaf idarəetmədən ağızdolusu danışan Muxtar Babayev Göygöl Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Vəliyyəddin  müəllimin fəaliyyətsizliyinə və meşələrdə yaratdığı özbaşınalığa göz yumur?

Onu da qeyd edək ki,Göygöl rayonunun Çaykənd kəndin sakinləri Göygöl Meşə Mühafizəsi və Bərpası İdarəsinin  fəaliyyətindən narazıdırlar. Sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətindən sözügedən meşələrin monitorinqinin keçirilməsini tələb edirlər.

Göygöl meşə zolağında  donuzçuluq təsərrüfatını özündə əks etdirən videomaterialı təqdim edirik:

 

 

Redaksiya olaraq bildiririk ki, yazıda adı keçən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq

Mənbə: "Dünyanınsəsi”

RƏYLƏR