Göygöl sakininin özünü öldürməsinin bəzi təfərrüatları - YENİLƏNİB

OXUNUB: 470 HADİSƏ

Göygöl sakininin Tovuz rayonunda bıçaq yarası alaraq özünü öldürməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İcmal.Az report-a istinadən bildirir ki, Mollacəmilli kənd sakini, 1972-ci il təvəllüdlü Aqil Şamil oğlu Nəsibov Tovuz rayon Əyyublu kənd ərazisində yerləşən fermada çobanlıqla məşğul olub.

Yaxınlarının bildirdiyinə görə, o, sərxoş vəziyyətdə, hələlik məlum olmayan səbəbdən özünə bıçaqla xəsarət yetirib. A. Nəsibov ağır vəziyyətdə Göygöl rayonuna aparılıb və Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

00:38

Göygöl rayon sakini Tovuz rayonunda yerləşən fermada özünü bıçaqlayaraq öldürüb.

İcmal.Az report-a istinadən bildirir ki, Tovuz rayonunda Göygöl sakini, 1972-ci il təvəllüdlü Aqil Şamil oğlu Nəsibov ağır bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb. Yaralıya göstərilən tibbi yardıma baxmayaraq o, ölüb.

Yaxınlarının bildirdiyinə görə, A.Nəsibov özünü bıçaqlayaraq intihar edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR