"Göz yaşı” adlı sosial çarx çəkiləcək

OXUNUB: 990 QHT SOSİAL
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Narkotizmlə Mübarizə” İctimai Birliyi "Ağ ölüm”lə mübarizə” adlı layihə həyata keçirəcək.

Layihə çərçivəsində ərsəyə gələcək "Göz yaşı” adlı sosial çarx geniş arenada təbliğ olunacaq.

Layihənin rəhbəri Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi tədbirlər və sosial çarx vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirilməsindən ibarətdir.

Bu məqsədə çatmaq üçün Bakı şəhəri, Qəbələ və İsmayıllı rayonlarında narkomaniyaya aludəçiliyin vəziyyəti öyrəniləcək. Layihəyə cəlb olunacaq ekspertlərin köməkliyi ilə gənclərlə bu istiqamətdə fərdi söhbətlər aparılacaq. Sosial platformaların vasitəsi ilə maarifləndirmə işi geniş auditoriyanı əhatə edəcək. Müxtəlif KİV-lər vasitəsilə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən sosial çarxlar diskləşdiriləcək Bakı ilə yanaşı regionda da gənclərə pulsuz paylanacaq. Sosial çarxın hər bir tədbirdə təqdimat mərasimi təşkil olunacaq.
 

RƏYLƏR