Hacı İbrahim Nehrəmlinin qardaşı vətəndaşın evini başqasına satıb : "Xətai məhkəməsi də qanuni evimi başqasına verib" (VİDEO)

OXUNUB: 461 GÜNDƏM HADİSƏ

Vətəndaş İskəndərov Ziyəddin Məhəmməd oğlu öz həyat yoldaşı İsgəndərova Vəfa Culu qızının adına "Sahil -D Kompani” MMC dən 2008-ci ildə aldığı mənzili onun əlindən zorla alıb, başqasına vermək istəyirlər. 

Qeyd edək ki, sözügedən mənzil qanuni çıxarışla bu ailənin mülkiyyətinə aiddir. 2021-ci ilin oktyabr ayında məlum olub ki, Samirə Səfərova adlı bir xanım mənzilin ona aid olması ilə bağlı məhkəmə iddiası qaldırıb. Nə qədər qəribə olsa da , işə baxan Xətai Rayon Məhkəməsi vətəndaşın qanuni evinin başqasına verilməsilə bağlı qərar çıxarıb. 

İskəndərov Ziyəddin Məhəmməd oğlu

 "Sahil -D Kompani” MMC şirkəti Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimova aiddir. Sahib İbrahimov məhz bu məsələyə görə həbs olunmuşdu. 

Azinforum.az saytı qərardan narazı qalan vətəndaşdan videomüsahibə alıb. Həmin videomüsahibəni təqdim edirik.  /Avropa.info



RƏYLƏR