Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.
Hazırda partiya sədrinin vəziyyəti ağırdır.
Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Onun COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib./Unikal.org