Hamilə qadınlar bu qaydalara riayət etməsə, uşaq boğula, ya da qan itkisinə səbəb ola bilər

OXUNUB: 663 SOSİAL
Xəbər verdiyimiz kimi, iyunun 12-də Siyəzən rayonunda ana ölümü baş verib.
 
Belə ki, Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib. Qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi övladının isə vəziyyəti qənaətbəxşdir. Doğum zamanı ananın və ya uşağın ölməsində daha çox həkimlər günahlandırılır. Amma hər kəsə bəllidir ki, doğum zamanı ananın ani bir gərginliyi onun və ya övladının həyatına son qoya bilər. Ana olmağa hazırlaşan qadınlarımız özlərinə necə qulluq etməli və ətrafındakı insanlar onunla necə davranmalıdır?

Hamilə qadınlar bu qaydalara riayət etməsə, uşaq boğula, ya da qan itkisinə səbəb ola bilər

Bununla bağlı BiG.AZ-ın suallarını cavablandıran psixoloq Vəfa Əkbər bildirib ki, ana olmağa hazırlaşan qadınlarda həm fizioloji, həm də hormonal dəyişikliklər gedir: "Bu da onun psixologiyasına təsir edir. Gün boyu aktiv olan qadın yatmağa meyilli olur, bədənində ağrılar hiss edir. Bu da onun mütləq şəkildə psixologiyasına təsir edir. Bu halda da qadınlarımız daha həssas, küsəyən olur. Əvvəlkinə nisbətən daha həssas olur. Ətrafdakılardan sevgi, diqqət istəyir. Kiçik bir münaqişə ona dava kimi gəlir. Qəbul etmə forması da çox fərqli olur”. 

Psixoloq vurğulayıb ki, bir çox ana olmağa hazırlaşan qadınlarımız hamiləlik nədir, özlərinə necə qulluq etməli olduqları barəsində məlumatsız olurlar: "Qadınlarımız açıq havada gəzməli, müsbət fikirdə olmalıdırlar. Çünki bu, onların psixologiyasına müsbət təsir edəcək. Əks təqdirdə onlar daha çox gərgin olurlar. Bu da təbii ki, onun fiziologiyasına təsir edir. Ana olmağa hazırlaşan qadınlarımız öz üzərlərində işləmirlər. Bu da onların bədənlərində gərginliyə və əsəbə səbəb olur. Təbii ki, bu da doğum zamanı əngəl yaradır. Qadın çox səbirsiz olur, tez qıcıqlanır, həkimə qulaq asıb sağlam uşaq gətirməkdənsə öz bildiyi kimi davranır. Bu da uşağın ana bətnində boğulmasına, ya da qadının doğum zamanı qan itkisinə səbəb ola bilər. Mütləq şəkildə ana olmağa hazırlaşan qadınlarımız hamiləlik barəsində məlumatlı olmalıdırlar ki, sağlam uşaq dünyaya gətirsinlər”. 

İcmal.Az

RƏYLƏR