Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL

OXUNUB: 667 Özəl İQTİSADİYYAT TƏHLİL
Bu mövzü ilə bağlı maliyyə meneceri, MHBS və İSMUBS sertifikat sahibi olan Emin Abdullayev izah edir.
Bu sualı cavablandırmaq üçün biz gərək Maliyyə uçotu və Vergi uçotunun istinad götürdüyü mənbələrə baxmalıyıq və analiz etməliyik
Maliyyə uçotu "Muhasibat uçotu haqqında” Qanunla tənzimlənir və bu qanunun istinad götürdüyü mənbə isə "İnternational Financial Reporting Standarts”(İFRS)-dır. Bu mənbə isə 140-dan çox ölkənin istifadə etdiyi 41 ədəd standartdan ibarətdir. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə ölkədə 2016-ci ildən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları tətbiq olunur. 
Vergi uçotu isə Azərbaycan Respublikasının Vergi məcəlləsi (229 maddə) və digər normativ aktlarla tənzimlənir. Bu tənzimləmələrə isə nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aiddir. Bu uçot növü adından da göründüyü kimi vergi orqanına təqdim edilməsi üçün hazırlanan uçot növüdür.
Yuxarida qeyd etdiyimiz mənbələri göstərməkdə məqsəd hər 2 uçotun rəsmi uçot növləri olduğunu vurğulamaqdır. Hər 2 uçot məcburi, ciddi və statusa malikdir
Maliyyə uçotu İFRS standartlarına ilə tənzimlənir və bu standartlar konkret qayda-qanunla yox prinsiplərə əsaslanır. Bilinən vacib prinsiplər yaradılıb və bu prinsipləri çərçivəsində uçotun aparılması tələb olunur. Bu prinsiplər qayda-qanuna əsaslanmadığı üçün burda artıq mühakimə əsas rol oynayır. Vergi uçotunda isə mühakimə varmı? Təbii ki xeyr. Vergi uçotu konkret qayda və qanuna əsaslanır. 
Gəlin misal ilə izah edək. "Smart” MMC il ərzində dəyəri 300 000 AZN olan İnzibati binasını təmir etmək qərarına gəlir və 20 000 AZN dəyərində vəsait xərcləyir. Xərclənən bu vəsait binanın faydalı istismar müddətini artıdığı üçün müəsissə bu xərci ( İAS 16 - Capitalize Expenses ) kapitallaşdıraraq aktivin dəyərini artırır və bu dolayı yol ilə Mənfəət və ya zərər haqqında hesabatda amortizasiya yolu ilə mənfəətə təsir edir. Ancaq Vergi uçotu bu xərcin yalnız 2%-ni 6000 AZN hissəsini ( VM 115.1 maddəsi) gəlirdən cıxılan xərc kimi nəzərə alır və hesabat ilinin sonunda maliyyə uçotu və vergi uçotu arasında ciddi rəqəm fərqləri ortaya cıxır. Sonra ki dövrlərdə bu fərqlər müvəqqəti fərqlərdisə əlbətdə sonda amortizasiya yolu ilə eyniləşir. 
Yuxarida qeyd etdiyim nümünədə də göründüyü kimi hər 2 uçot növü qanunun tələbidir və bu uçot növlərinin bizdən istədikləri fərqli rəqəmlərə gətirib cıxardır. Məhz bu anlaşılmamızlığı həll etmək üçün müəssisə mütləq 2-li uçot sistemində keçid etməlidir. Maliyyə uçotu fərqli bazada, vergi uçotunu isə fərqli bazada hazırlamalı. Hansı uçotun daha önəmli olduğuna gələsi olsaq isə zənnimcə bu Maliyyə uçotudur. Çünki sahibkarın həyatı önəm daşıyan suallarına cavab məhz maliyyə uçotunun içərisində gizlidir. Bu hansı suallardır?
1. Sahibkarın xalis mənfəətim nə qədərdir?
2. Sahibkarın gələcək pul axınları nə qədər olacaq?
3. Sahibkarın biznesinin dəyəri nə qədərdir?
4. Nə qədər aktivim var?
5. Öhdəliyim nə qədərdir?
Bu sualları nə qədər istəsək artıra bilərik. Sonda onu qeyd edim ki məhz yuxarida qeyd edilən suallara hansı uçot cavab verirsə önəmli olanda məhz odur. 
Emin Abdullayev
Maliyyə meneceri, MHBS və İSMUBS sertifikat sahibi
7NEWS.az

RƏYLƏR