“Hatayspor”un qanalı futbolçusu hələ də dağıntı altında qalıb

OXUNUB: 152 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Qana Futbol Federasiyası, "Hatayspor"un futbolçusu Kristian Atsunun Kahramanmaraşda baş verən zəlzələlərdə uçan binanın dağıntıları altından xilas edildiyini açıqlayıb. Lakin son hadisələr qanalı futbolçunun hələ də itkin düşdüyünü ortaya qoyur. 

Bazar ertəsi Türkiyə və Suriyada baş verən iki dağıdıcı zəlzələdən sonra itkin düşən futbolçu Kristian Atsunun həyat yoldaşı Marie Claire Rupio zəlzələdə dağılan "Hatayspor" futbolçusunun evinə avadanlıq göndərilməsini istəyib. Daha sonra Atsunun "xəsarətlə dağıntılardan çıxarıldığı və xəstəxanaya aparıldığı" bildirildi. 

Bununla belə, "Hatayspor"un texniki direktoru Volkan Dəmirəl çərşənbə günü Reuters agentliyinə bildirib ki, qanalı oyunçu hələ də itkindir. 

7NEWS.az

RƏYLƏR