Həbs edilən gömrükçünün general Kənan Məmmədovla yazışması çıxarılıb — İstintaq…

OXUNUB: 275 Özəl GÜNDƏM İQTİSADİYYAT
Bakı Baş Gömrük İdarəsinin korrupsiya ilə həbs edilən əməkdaşlarından birinin işi üzrə sensasion məlumatlar əldə edilib.

 Xüsusi Gömrük prosedurları şöbəsinin baş inspektoru Elmar Mirzəyev istintaqa ifadəsində bütün faktları açıqlayıb.

Məlumata görə, E.Mirzəyev Bakı Baş Gömrük İdarəsinin rəisi, general Kənan Məmmədovun köməkçisi Elnur, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin köməkçisi Rəşadla işbirliyinə olduğunu etiraf edib.
E.Mirzəyev dolayısı ilə bu işbirliyindən K.Məmmədovla S.Mehdiyevin xəbərdar olduqlarını, onların maraqlarına xidmət etdiyini söyləyib.

Bildirilir ki, E.Mirzəyevin istintaqa ifadəsindən əlavə, onun Elnur və Rəşadla telefon danışıqları da çıxarılıb. Bu danışıqlarla əlaqədar hər ikisindən izahat alındığı xəbər verilir.

 

Həmçinin, Elmar Mirzəyevin gömrük rəisi Kənan Məmmədovla votsap yazışmaları üzə çıxıb. Gömrük rəisi istintaqa çağırılmasa da, kabinetində izahat alındığı məlum olub.
 
E.Mirzəyev bu işlərdə tək olmadığını, K.Məmmədovun S.Mehdiyevin də şərik olduğunu təsdiqləmiş olub. Belə görünür ki, gömrük rəhbərliyi daha aşağı rütbəli əməkdaşlarını "günah keçisi” kimi qurban verməklə vəziyyətdən xilas olmağa çalışıblar.Qeyd edək ki, keçirilən əməliyyat zamanı Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker” MMC-nin direktoru olmaqla "D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.(tia.az)

RƏYLƏR