Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi müsabiqə elan edib

OXUNUB: 1441 TƏHLİL MARAQLI SOSİAL

Bakı. 1 may. / Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi (HVMHM ) “Ən yaxşı hərbi vətənpərvərlik simvolikası” və “Ən yaxşı hərbi vətənpərvərlik şüarı (devizi)” üzrə müsabiqə elan edib.

Mərkəzin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iki nominasiya üzrə keçirilən müsabiqənin məqsədi yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin beş illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltməkdir.

Məlumatda bildirilib ki, müsabiqəyə təqdim olunan simvolika geniş ictimai marağa səbəb ola biləcək qrafik dizayna malik olmaqla hərbi vətənpərvərliyi özündə ehtiva etməli, eləcə də qələbə əzmini ifadə etməklətəsirli olmalıdır. Təqdim olunanşüar (deviz)hərbi vətənpərvərliyi özündə ehtiva edən, tələffüzü çətin cümlələrdən olmayan, təsirli olmaqla tək oxunuşda hər kəsin yaddaşında qala bilən, xatırlana bilən bir cümlə olmalıdır.

Müsabiqənin şərtləri:

- simvolika orijinal və rəngli olmalı, təsvir edilmiş görünüşü əks etdirməlidir;

- simvolika hər hansı mövcud emblem və loqotiplərin elementlərini təkrarlamamalıdır;

- simvolikanın hazırlanmasında dizayn bacarığına malik istənilən yaradıcı şəxslər (məktəbli, tələbə) və ya təcrübəli dizaynerlər iştirak edə bilər;

- simvolika qrafik (*jpeg, *png) və vektor versiyalarında (*cdr 2012, *psd;*pdd) təqdim olunmalıdır;

- şüar (deviz) əvvəllər işlədilmiş və yayımlanmış olmamalı, müsabiqə elan edilmiş vaxtdan yazılmalıdır;

- şüarın (devizin) yaradılmasında intellektualbiliyə malik istənilən şəxslər (məktəbli, tələbə, hərbçi, elm adamı və s.) iştirak edə bilər;

- şüar (deviz) Arial 12 şriftlə *docvə ya *cdr 2012 versiyalarında ağ, qara yaxud rəngli yazıda təqdim olunmalıdır;

- müsabiqəyə hər bir şəxs tərəfindən yalnız bir iş təqdim oluna bilər;

- müsabiqəni elan etmiş tərəf mükafat qazanan işlərdən təbliğat, maarifləndirmə vasitəsi kimi istifadə etmək hüquqna malikdir və öz nəşrlərində istifadə edə bilər;

- işlər elektron formada göndərilməli, yaxud yaddaş kartında şəxsən təqdim edilməlidir;

- müsabiqəyə qatılan şəxs özü haqqında şəxsi məlumatlarını (adını, soyadını, atasının adını, doğum tarixini (gün, ay, il) əlaqə nömrəsini (ev, mobil), işlədiyi və ya oxuduğu müəssisəni, bir ədəd fotoşəkil) *doc faylında işə əlavə etməsi zəruridir.

Simvolika üçün təsis olunmuş mükafat:

I yer – diplom və mükafat

II yer – diplom və mükafat

III yer – diplom və mükafat

Şüar (deviz) üçün təsis olunmuş mükafat:

I yer – diplom və mükafat

II yer – diplom və mükafat

III yer – diplom və mükafat

Qeyd edək ki, işlər 2017-ci il may ayının 20-dək təqdim olunmalıdır. Müsabiqənin nəticəsi may ayının 26-da elan olunur.

Əlavə məlumat almaq üçün Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin inzibati binasına (Az 1022 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99 (Maliyyə Nazirliyinin arxa tərəfi, Zabitlər bağının yaxınlığı)) şəxsiyyəti təsdiq edən sənədlə müraciət etmək lazımdır

mail: [email protected]

Əlaqə telefonları: (012) 597 25 88 / (055) 409 02 82

RƏYLƏR