Hesablama Palatasının sədri Milli Məclisdə çıxış etdi

OXUNUB: 551 SİYASƏT
Ötən il büdcə gəlirlər 98.5 faiz səviyyəsində icra edilib. Ümumi Daxili Məhsulun nəzərəçarpacaq dərəcədə artması qeydə alınıb”.

İcmal.Az-ın məlumatına görə, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə 2017-ci il büdcə müzakirələri zamanı deyib.

V.Gülməmmədov bildirib ki, vergi gəlirləri 94.1 səviyyəsində yerinə yetirilib ki, bu da 3.5 faiz artım deməkdir:

"Lakin fiziki şəxslərin gəlir vergisi ötən il 10.9 faiz kəsrlə yerinə yetirilib. Bu da əmək hüquqlarının qanunvericilik tələblərinə uyğun təkmilləşdirilməsini tələb edir. Dövlət büdcəsinin qeyri-neft gəlirlərində proqnozlaşma xətaları qeydə alınıb”.

Sədr dövlət büdcəsinin gəlirlərinin formalaşmasında büdcə gəlirlərində birbaşa rol oynayan qurumların koordinasiyasının gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
 

İcmal.Az

RƏYLƏR