Həyat yoldaşını ziyarət etməyə gedən qadın uşağı ilə birlikdə şəhid oldu - VİDEO+FOTO

OXUNUB: 763 DÜNYA
Türkiyənin Hakkari vilayətində ana və 11 aylıq körpənin ölümündən sonra hərbiçilərin intiqam üçün and içdiyi video sosial şəbəkədə izləmə rekordu qırıb. 

İcmal.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ana və onun 11 aylıq körpəsini hədəf alan hücum bütün Türkiyəni göz yaşına boğub. Bir çoxu terroru lənətləyərkən, hərbiçilərin intiqam üçün and içdiyi video sosial şəbəkədə minlərcə insan tərəfindən paylaşılır. Bu videonun hansı hərbi hissədə çəkildiyi bilinmir. 

Hadisə belə baş verib. Həyat yoldaşını ziyarətə gələn Nurcan Karakaya idarə etdiyi minik maşınında PKK terroristlərin hücumuna məruz qalıb. Edilən bombalı hücum nəticəsində Nurcan Karakaya hadisə yerində dünyasını dəymişdi. 11 aylıq körpəsi isə Mustafa Bedirhan Karakaya ağır yaralanmışdı. Həkimlərin müdaxiləsinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb. 

Şəhidlər üçün bu səhər xüsusi dəfn mərasimi keçirilib. Mərasimdə acılı ata həyat yoldaşının və körpəsinin tabutunu çiynində daşıyıb. 

Həyat yoldaşını ziyarət etməyə gedən qadın uşağı ilə birlikdə şəhid oldu - VİDEO+FOTO

 
 

İcmal.Az

RƏYLƏR