Heydər Əliyev Sarayında “Bir bax, min yaşat” adlı fotosərgi təqdim olunacaq

OXUNUB: 125 MƏDƏNİYYƏT
Noyabrın 23-də saat 17:00-da Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun "Bir bax, min yaşat” adlı fərdi fotosərgisi təqdim olunacaq.

Heydər Əliyev Sarayından AZƏRTAC-a bildiriblər ki, müxtəlif və rəngarəng mövzuları əhatə edən, əsasən təbiət mövzusuna üstünlük verilən sərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır. Azərbaycanın şəhər və rayonlarının təbiət gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin nümayiş olunduğu sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.

Fotosərginin təşkilində məqsəd foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək gənc, yaradıcı və peşəkar insanlara dəstək olmaqdır.

Qeyd edək ki, fotosərgidə əsərlərin satışı həyata keçiriləcək. Əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT” Fonduna ianə ediləcək.

RƏYLƏR