23 avqust 2023-cü il tarixdə YAP Mingəçevir şəhər təşkilatı və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili” mövzusunda şəhərdə fəaliyyət göstərən gənclərin iştirakı ilə tədbir təşkil edilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə ziyarət edərək dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinə həsr edilmiş fotolara və filmə baxış keçirilmişdir. Daha sonra tədbir YAP Mingəçevir şəhər təşkilatının Akt zalında davam etdirilmişdir.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan , dövlətçiliyimizin və xalqımız üçün gördüyü möhtəşəm işlərdən geniş bəhs etmişdir. Yeni Azərbaycan Partiyasının qurucusu olan dahi rəhbərin dövlətçilik ənənələrindən bəhs etmişdir. Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək dahi rəhbərin hər zaman gənclərə göstərdiyi diqqət və qayğısından bəhs etmişdir. Hal-hazırda ölkə başçısı cənab Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən geniş bəhs etmişdir. Şəhərimizdə fəaliyyət göstərən gənc İlkin Qurbanov "Heydər Əliyev və Azərbaycan gəncliyi " mövzusunda çıxış edərək öz fikirlərini bildirmişdir.
Sonda partiya sıralarına yeni qəbul edilən yeni gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilmişdir.