Heydər Əliyevlə Koçaryanın tarixi görüşünə qatılmış siyasətçidən ŞOK QARABAĞ ETİRAFI: Rusiya və ABŞ...

OXUNUB: 1545 SİYASƏT

"2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mümkün olacağı şübhəlidir”.

Bu barədə məşhur amerikalı politoloq, dövlət katibinin xüsusi müşaviri işləmiş Pol Qobl deyib.

Onun sözlərinə görə, münaqişə bu gün ABŞ üçün maraq kəsb etmir: "Rusiya da həmçinin, problemin həllində maraqlı deyil. Rusiya hesab edir ki, indiki vəziyyət onun hədəfləri üçün daha əlverişlidir. Əlbəttə bu dəyişə bilər, lakin mən bu il də münaqişənin həllində çox az perspektiv görürəm”.



Qeyd edək ki, 90-cı illərdə dövlət katibinin xüsusi müşaviri işləyən Pol Qobl Dağlıq Qarabağ münaqişəsi üzrə "Qobl planı” adlı xüsusi təkliflər verib. Bu plana görə, Azərbaycan Dağlıq Qarabağ və Laçın dəhlizini Ermənistana verir, Ermənistan isə Naxçıvanla dəhlizin yaradılması üçün Mehri rayonundan Azərbaycana dəhliz ayırır. İşğal olunmuş rayonlar da Azərbaycana qaytarılır. 2001-ci ildə Prezident Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında baş tutan Ki-Uest görüşündə bu məsələ müzakirə olunub. Pol Qoblun da iştirak etdiyi görüşdə hətta tərəflərin razılaşmaya çox yaxın olduğu, lakin son anda baş tutmadığı deyilir./publika

İcmal.Az

RƏYLƏR