Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı” - FOTO

OXUNUB: 607 SİYASƏT
Ermənistanın müharibə cinayətləri davam edir.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter” hesabında məlumat paylaşıb.


"Ermənistanın Bərdə şəhərinə raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, uşaq və qadın da daxil olmaqla 10 nəfər ağır yaralanıb. # Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt şəkildə hücum edəcəklərinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturdular”, - deyə paylaşımda bildirilir.

As result of Armenia's henious missile attack to Barda region 3 civilians killed and 10 people, kids/women seriously wounded. #Warcrimes of Armenia continues. Today MOD of Armenia made statement that they will hit harshly. By that they meaning civilians, kids and women.

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 27, 2020
 

In violation of humanitarian ceasefire and in order to compensate their sustained military losses Armenia resorts to #Warcrimes of killing civilians. Barda region was attacked with reactive missiles. So far 3 killed, 10 people including kids and women seriously wounded.

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 27, 2020
 

7News.Az

RƏYLƏR