Hikmət Hacıyev Türkiyədən gələn nümayəndə heyətini qəbul edib

OXUNUB: 131 index-manşet SİYASƏT
7NEWS.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 15-20 may 2022-ci ildə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyətinin 2022-ci il "Şuşa ili” çərçivəsində Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində öncə nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidləri yad edərək, həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Ziyarətdən sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri  Hikmət Hacıyevlə görüşüblər. 
Görüş zamanı Hikmət Hacıyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.  Hikmət Hacıyev onu da qeyd edib  ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir.
Daha sonra Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz səmimi qəbula görə minnətdarlığını bildirib. Qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə gerçəkləşən  səfərdən böyük bir məmnunluq hissi duyuruq.  "Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq". Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir. Natiq vətəndaş cəmiyyətinin inkişafına toxunaraq qeyd edib ki, Vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə dövlətin milli maraqlarının qorunması istiqamətində mühüm töhfələr verir. Hər iki ölkənin QHT təşkilatları birgə bu sahənin inkişafı naminə birləşərək yeni layihələr icra edəcəyik.  Əminik ki, keçirilən bu forum hər iki ölkə QHT-lərinin inkişafına böyük təkan verəcək. 
Daha sonra görüş qarşılıqlı fikir mübadiləsi əsasında yekunlaşıb.

İcmal.Az

RƏYLƏR