Hikmət Hacıyevdən agent iddialarına sərt cavab

OXUNUB: 1145 SİYASƏT
"Son vaxtlar bəzi media və sosial şəbəkə hesablarında əsassız və uydurma iddialar yayılır ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana göndərib".
 
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Bu cür absurd və fantastik iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən yayılmış dezinformasiyadan başqa bir şey deyil. Biz bu saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik", - deyə H.Hacıyev qeyd edib.

RƏYLƏR