Hindistanda avtobus körpünün üstündən çaya düşüb: 22 ÖLÜ

OXUNUB: 108 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hindistanda avtobus sürücüsünün sükan idarəetməsini itirməsi fəlakətə səbəb olub. Hindistanın Xarqone bölgəsindəki Doqarqon kəndində səhər saatlarında avtobus sürücüsü körpüdən keçərkən sürət həddini aşaraq idarəetməni itirib. Təxminən 50 sərnişinin olduğu bildirilən avtobus körpüdən çay yatağına düşüb. Qəza nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər ölüb. Ölənlər arasında sürücünün də olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR