Hindistanda avtobus qəzası: 25 NƏFƏR HƏYATINI İTİRİB

OXUNUB: 549 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hindistanın Uttarxand əyalətində 28 sərnişini olan avtobus uçuruma aşıb. Madhya Pradeşin Panna rayonundan Yamunotriyə gedən avtobus 200 metr dərinlikdəki vadiyə düşüb. Bölgəyə çoxlu sayda ilkin tibbi yardım və polis qrupları göndərilib. Uttarkaşi polisi Arpan Yaduvanşi bildirib ki, avtobus sürücüsü də daxil olmaqla 25 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.
7NEWS.az

RƏYLƏR