Hindistanda həddindən artıq istilər nəticəsində ölənlərin sayı 96-ya çatıb

OXUNUB: 98 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hindistanda son günlər təsirli olan istilər səbəbindən ölənlərin sayı artır. Şərqi Uttar-Pradeş və Bihar ştatlarında əksəriyyəti 60 yaş və yuxarı olan onlarla insan müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Yüksək hərarət, qusma, ishal, tənəffüs çətinliyi və ürək xəstəliklərindən ölənlərin sayının 54-ə yüksəldiyi Uttar Pradeş əyalətinin Ballia bölgəsində son 3 gündə 300 nəfərin xəstəxanalara müraciət etdiyi bildirilib. Xəstəxanalardakı sıxlıq səbəbindən tibb işçilərinin icazələri ləğv edilib, təcili yardıma əlavə çarpayılar göndərilib.

7NEWS.az

RƏYLƏR