Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı 569 nəfərə çatıb

OXUNUB: 663 DÜNYA

Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, musson yağışları nəticəsində ölənlərin sayı 569 nəfərə çatıb. Ölkənin Meteorologiya İdarəsi yağıntılı havaların yaxın günlərdə də davam edəcəyini xəbər verib.

Daha əvvəl musson yağışları nəticəsində 511 nəfər öldüyü bildirilirdi. Qeyd edilirdi ki, əlverişsiz hava şəraiti ölkənin 90-dan çox bölgəsini əhatə edib, on minlərlə ev dağılıb, bir milyondan çox iri buynuzlu mal-qara boğularaq tələf olub./report

 

İcmal.Az

RƏYLƏR