Hindistanda qayıq qəzasında ölənlərin sayı 22-yə çatıb

OXUNUB: 94 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hindistanın Kerala əyalətinin Malappuram şəhərində içərisində təxminən 40 nəfərin olduğu qayıq aşıb. Açıqlamada qəzada boğulanların sayının 16-dan 22-yə yüksəldiyi bildirilib. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini bildirib. Polis qəzadan sonra qaçan qayığın sahibini axtardıqlarını bildirib. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Hindistanın baş naziri Narendra Modi açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb.

7NEWS.az

RƏYLƏR