Hindistanda qaz balonunun partlaması nəticəsində 4 nəfər ölüb

OXUNUB: 625 DÜNYA

Hindistanın şimalında Uttar-Pradeş ştatında qaz balonunun partlaması nəticəsində dörd nəfər həlak olub, daha 12 xəsarət alıb.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Hadisə Aqra dairəsində baş verib. Bildirilir ki, partlayış baş verdiyi ikimərtəbəli ev tamamilə dağılıb.  Yaralılar dərhal xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyətinin həkimlər tərəfindən ağır olaraq qiymətləndirilir. 

 Polis hadisənin səbəblərini araşdırır./report

 

İcmal.Az

RƏYLƏR