Hindistanın baş naziri Vaşinqtonda yüksək səviyyədə qarşılandı

OXUNUB: 130 Özəl DÜNYA
ABŞ-da səfərdə olan Hindistanın baş naziri Narendra Modi üçün dünən Vaşinqtonda yüksək səviyyədə qarşılanma mərasimi keçirilib. 

7NEWS.az xəbər verir ki, ABŞ-Çin gərginliyinin həddini aşdığı bir vaxtda həyata keçirilən səfər zamanı Konqresin birgə iclasında çıxış edən Modi ikinci dəfə kürsüyə çıxan ilk Hindistanlı siyasətçi olub. Çıxışdan sonra Modi Ağ Evdə dövlət şam yeməyində prezident Co Bayden və birinci xanım Cil Bayden tərəfindən qonaq edilib. 

Modinin səfərini tənqid edənlər də olub. ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri Alexandria Ocasio-Cortez və İlhan Omar Modinin ABŞ Konqresindəki çıxışını boykot edərək sessiyaya qatılmayıblar. Okasio-Kortez xatırladıb ki, Modinin ABŞ vizasının 2015-ci ildə dini azadlıqları pozduğu səbəbi ilə ləğv edilib. 

7NEWS.az

RƏYLƏR