Hindistanlı kişi “saqqallı arvad”ını boşamaq istəyir

OXUNUB: 621 DÜNYA

Hindistanda kişi toydan sonra həyat yoldaşının sifətində "saqqalın olduğunu” və onun "kişi səsi” ilə danışdığını bildirərək, ondan boşanmaq üçün ərizə verib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Times of India” nəşri məlumat verib. 

Rupeş adlı kişi bildirib ki, arvadının üzünü toy mərasiminədək görməyib. Gəlinin qohumları Rupeşə evlənəcəyi xanımı görməyə imkan verməyib. 

"Mən ilk dəfə Rupanı görəndə onun üzündə makiyaj vardı, onunla bir həftə qaldım və sonra iş üçün şəhərə getdim. Qayıdanda isə onun üzündə saqqalın olduğunun və kişi səsi ilə danışdığının şahidi oldum”, - Rupeş deyib. 

O, arvadının qohumlarına bu məsələni bildirəndə onlar deyiblər ki, Rupeşin başqa seçimi yoxdur və Rupa ilə ömrünün axırına kimi yaşamalıdır. Rupeş isə boşanma haqqında sənədi polisə təqdim edib. 

İcmal.Az

RƏYLƏR