Hollandiyada polis təzyiqli su ilə yolu bağlayan ekoloqlara müdaxilə edib

OXUNUB: 151 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, "Yox olma üsyanı" adlı qrupun təşkilatçılığı ilə toplanan təxminən 3 min adam, şəhərin girişi olan A12-nin son hissəsini bağlayaraq əlaqə yollarında nəqliyyatın axmasına səbəb olub. Neft, kömür və qazdan istifadəyə son qoyulmasını tələb edən etirazçılar hökumətin qalıq yanacaq siyasətini tənqid ediblər. Əllərində "Ağac ək, qalığı dayandır” və "B planeti yoxdur” yazılmış plakatlar tutan nümayişçilər uzun müddət yolda oturaq aksiya keçiriblər. Aksiyanın keçirildiyi yerin nümayiş üçün qadağan zona elan edildiyi barədə xəbərdarlıq edən polis aksiya başlayandan 5 saat sonra fəallara müdaxilə etməyə başlayıb.

7NEWS.az

RƏYLƏR